Modern.az

Məhkəmə İntiqam Əliyevə 7 il 6 ay iş verdi

Məhkəmə İntiqam Əliyevə 7 il 6 ay iş verdi

Təhsil

22 Aprel 2015, 18:38

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin mühakiməsi davam edib.

Vəkil Şəhla Hümbətova Modern.az saytına bildirib ki, prosesdə İntiqam Əliyev son söz deyib: “Çıxışında bildirdi ki, həbsi siyasi motivlidir: “Mənə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur, qanusuzdur. Bu mənim mübarizəmdir. İstər həbsxana olsun, istər azadlıq, mən hökm oxunandan sonra da mövqeyimi dəyişməyəcəm. Mən hər yerdə insan hüquqları üzrə mübarizəmi davam etdirəcəm”-deyə İntiqam Əliyev bildirdi”.

Məhkəmə müşavirəsindən sonra İntiqam Əliyevə hökm oxunub. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İntiqam Əliyev 2014-cü ildə avqustun 8-də tutulub.

O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Ötən prosesdə prokuror məhkəmədən İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə