Bu gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində proletariatın lideri V. İ. Leninin anadan olmasının 145-ci ildönümü münasibəti ilə " Lenin və müasir dövr" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov açıb.
V. İ. Leninin 145-ci ildönümünə həsr olunmuş konfrans Azərbaycan Kommunist Partiyasının respublikada fəaliyyət göstərən bütün şəhər - rayon komitələrində də keçirilib.
Modern.az