Modern.az

İranla Qərb arasında danışıqların növbəti raundu bu şəhərdə ola bilər

İranla Qərb arasında danışıqların növbəti raundu bu şəhərdə ola bilər

22 Aprel 2015, 22:48


İranın nüvə proqramına dair “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) apardığı danışıqların növbti raundu gələn həftə Nyu-Yorkda baş tuta bilər.

Modern.az saytının məlumatına görə bu barədə danışıqlarda iştirak edən mənbə TASS agentliyinə bildirib.  

Mənbə qeyd edib ki, ABŞ-da baş tutması ehtimal edilən görüşdə tərəflər yekun razılaşmanın mətninin hazırlanması üzərində işləri davam etdiricəklər.  

Qeyd edək ki, İranla Qərb arasında yekun razılaşmanın iyun ayını 30-dək imzalanacağı gözlənilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə