Avstriya parlamenti qondarma erməni soyqırımını tanımasından sonra Türkiyə bu ölkədəki səfirini geri çağırıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib. Bildirilib ki, bu qərar Türkiyə ilə Avstriya arasındakı əlaqələrə mənfi təsir edir.
“Biz bu haqdakı mövqeyimizi Avstriyanın Ankaradakı səfirinə də bildirmişik. Bununla yanaşı, Türkiyənin Vyanadakı səfiri Həsən Göğüşün də geri çağırılması qərarlaşdırılıb”,-deyə qeyd olunub.
Modern.az