Modern.az

Çempionlar Liqasında bütün yarımfinalçılar məlum oldu

Çempionlar Liqasında bütün yarımfinalçılar məlum oldu

23 Aprel 2015, 09:37


Ötən gecə Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub. Modern.az-ın məlumatına görə, daha iki yarımfinalçının adı bəlli olub.

İtaliyanın “Yuventus” klubu Fransada “Monako”yala qarşılaşıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn italyanlar bu oyunda qolsuz bərabərə qalaraq yarımfinala çıxmağı bacarıblar.

Digər cütün taleyinə Madrid derbisində aydınlıq gəlib. Burada “Real” “Atletiko”nu qəbul edib. Komandaların ilk görüşündə qapılara qol vurulmamışdı.
Budəfə "kral klubu" rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Beləliklə, Çempionlar Liqasının yarımfinalında "Barselona", "Bavariya", "Real" və "Yuventus" komandaları mübarizə aparacaq. Bu gün püşk atılacaq.

"Monako" (Fransa) - "Yuventus" (İtaliya) - 0:0 (İlk oyun - 0:1)
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:0 (İlk oyun - 0:0)
 "Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0 (İlk oyun - 3:1)
 "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1 (İlk oyun - 1:3)


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə