Modern.az

ATV-nin sürücüsünün vurduğu piyadanın yaxınları şikayətçi deyillər - AÇIQLAMA

ATV-nin sürücüsünün vurduğu piyadanın yaxınları şikayətçi deyillər - AÇIQLAMA

23 Aprel 2015, 12:04


Azad Azərbaycan Televiziyasından (ATV) şirkətin sürücüsünün yol qəzası törətdiyini təsdiqləyiblər. ATV-dən Modern.az saytına verilən məlumata görə, qəza zamanı vurulan Elnur Abdullayevdir: “Hazırda 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər bildirib ki, həyati üçün təhlükə yoxdur”.

Qəzanı törədən sürücüyə gəldikdə, qurumdan bildiriblər ki, qəzaya düşən şəxsin yaxınları ondan şikayətçi olmayıb: “Hazırda sürücü də xəstəxanada zərərçəkənin yanındadır”.

Musavat.com-un yaydığı xəbərə görə, hadisə bir qədər əvvəl Yeni Günəşli qəsəbəsində baş verib. ATV teleşirkətinə məxsus “Ford” markalı avtomobilin qarşısına qəfildən piyada çıxıb. Sürücü idarəetməni itirib və piyadanı vurub. Müxtəlif dərəcəli sınıq xəsarətləri alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə