Çeçenistan Respublikasınınrəhbəri Ramzan Kadırov yerli hakimiyyət orqanlarının xəbəri olmadan respublika ərazisində xüsusi əməliyyat keçirilməsini qadağan edib. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, Kadırov belə əməliyyatlarda iştirak edənlərə qarşı atəş açmağa icazə verib:
“Mən dünən prokurorluğa, istintaq komitəsinə, Daxili İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Xidmətinə tapşırıq vermişəm ki, varlı insanların sifarişini yerinə yetirən şəxsləri cəzalandırsınlar. Stavropoldan və Xankaladan gələn əməliyyat qrupunu, “OMON”u və çevik polisi necə Çeçenistana daxil etmək olar? Mən bunu bilmirdim. Bizim ərazimizdə daha belə bir şey olası deyil. Biz sülh və təhlükəsizlik uğrunda böyük qurbanlar vermişik. 2000-ci illər geridə qalıb. Çeçeni oğurlayıb öldürmək ənənəsi daha alınan deyil. Hamı bilsin ki, Çeçenistan Respublikasında qanun alidir”.
Ramzan Kadırov Çeçenistan ərazisində icazəsiz əməliyyat keçirən rusiyalı təhlükəsizlik orqanlarına atəş açmağı əmr edib:
“Mən rəsmən bəyan edirəm ki, bizim ərazimizdə icazəsiz peyda olan moskvalı, yaxud stavropolluya atəş açın. Bizimlə hesablaşmalıdırlar. Bəsdirin, bizi alçaltdılar. Konstitusiyanı ona görə qəbul etməmişik ki, bizi öldürsünlər”.
Modern.az