Modern.az

Nazirlikdən xəbərdarlıq: Hava şəraiti pisləşəcək - yağış, külək...

Nazirlikdən xəbərdarlıq: Hava şəraiti pisləşəcək - yağış, külək...

23 Aprel 2015, 13:20


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə şimşək çaxacağı  gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 24-də Abşeron yarımadasında gözlənilən güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Aprelin 26-da əlverişli komfort hava şəraiti gözlənilir.

Xəbərdarlıq

Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə