Modern.az

Bolqarıstan parlamenti “erməni soyqırımı” müzakirəsindən imtina etdi

Bolqarıstan parlamenti “erməni soyqırımı” müzakirəsindən imtina etdi

23 Aprel 2015, 15:27

Bolqarıstan parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı müzakirələri yenidən təxirə salıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda deputat Volen Siderov aprelin 23-də Yerevanda keçirilən “Soyqırımı cinayətlərinin əleyhinə” qlobal ictimai-siyasi forumundakı çıxışında məlumat verib.

Onun sözlərinə görə, aprelin 24-də Bolqarıstan parlamentində “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr və debat keçirilməli idi: “Mənə zəng edib dedilər ki, Bolqarıstan rəhbərliyi yenidən bu məsələnin müzakirəsini ləğv edib. Mən öz parlamentimizlə qürur duymuram. Nəyə görə belə alınır? Mən başa düşdüm ki, Türkiyə səfirliyi Bolqarıstana ciddi təzyiq göstərir, kobud şəkildə daxili işlərinə qarışır. Ancaq bolqar xalqı bu mövqeni bölüşmür”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə