Modern.az

Tofiq Yaqublu azadlığa buraxılacaq

Tofiq Yaqublu azadlığa buraxılacaq

23 Aprel 2015, 17:04


Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq.

Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, rəsmi qaydada icazə verilib: “Artıq Penitensiar Xidmətinin rəsmi qaydada icazə ilə bağlı göstəriş var. Tofiq Yaqublu 1 saat ərzində azad olunacaq”.

Hazırda mərhumun ata evində olan vəkil Tofiq Yaqublunun qızının vəfatından haradan xəbər tutmasından məlumatsız olduğunu deyib.

Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Nərgiz Yaqublu ötən il ailə qurub, Rusiyada yaşayırdı. Ailə qurmazdan öncə "Yeni Müsavat" qəzetində çalışıb. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Tomsk şəhərindəki xəstəxanaların birində müalicə alırdı. Mərhum ana olmağa hazırlaşırdı.

Yeganə Oqtayqızı 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə