Modern.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, səhnə 1288 ayrı-ayrı işıq və diod sütunlarından ibarətdir.
Bu sütunlar möhtəşəm işıq effekti yaradacaq. Səhnənin arxa planında isə LED ekran quraşdırılacaq.
Bu il müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərinin “Stadthalle” səhnəsində keçiriləcək. Yarımfinallar mayın 19-u və 21-də, final 23-də olacaq.
Elnur Hüseynov “Hour of the wolf” mahnısı ilə Azərbaycanı müsabiqədə təmsil edəcək.
Sevinc Yasinqızı