Modern.az

Deputat 93 yaşlı müharibə veteranının xahişlərini yerinə yetirdi

Deputat 93 yaşlı müharibə veteranının xahişlərini yerinə yetirdi

23 Aprel 2015, 20:50

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Böyük Vətən müharibəsiində  qələbənin 70 illiyi ərəfəsində Lənkəranda Kənarmeşə kəndində müharibə veteranı, uzun illər pedaqoji sahədə çalışmış, uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmuş 93 yaşlı Məmmədqasım Abutalıb oğlu Əkbərov ilə çay süfrəsi arxasında görüşüb.

Hadı Rəcəblinin qərargahından Modern.az-a verilən məlumata görə, millət vəkili azərbaycanlıların, o cümlədən lənkəranlıların faşizm üzərində qələbənin əldə olunmasında göstərdikləri şücaətlərdən danışıb, həmyerlimiz, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xidmətlərini xüsusi vurğulayıb. O bildirib ki, Böyük Vətən müharibəsində döyüşmüş 11 min lənkəranlı əsgər və zabitdən yarısı həlak olub, hazırda isə fədakar insanlardan 12 nəfər veteran sağdır. Millət vəkili həmçinin ölkəmizdə və Lənkəranda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən danışıb. Müharibə veteranı Məmmədqasım Abutalıbov keçdiyi müharibə illərinin xatirələrini yada salıb, Ukrayna, Belarus, Pribaltika və Polşada vuruşduğunu qeyd edib. O, 1940-cı ildə Lənkəran Pedaqoji Texnikomunu bitirdiyini, 1946-1983-cü illərdə rayonun ayrı-ayrı məktəblərində ibtidai sinif müəllimi və təhsil şöbəsində metodist kimi çalışdığını yada salıb.

Söhbət əsnasında məlum olub ki, Hadi Rəcəblinin 1-ci sinif müəllimi Alı Babayev  Məmmədqasım müəllimlə bir sinifdə oxuyub, anası Firuzə Bəylərova isə onun ən cox hörmət etdiyi kimya-biologiya müəlliməsi olub. Məmmədqasım müəllim onlar üçün yaradılan şəraitə, qayğı və diqqətə görə veteranlar adından dövlət başçısı İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.

Veteran deputatdan oğlu və nəvəsinin işlə təmin olunmasına köməklik göstərməsini də xahiş edib, məsələ yerindəcə öz müsbət həllini tapıb.
Hadi Rəcəbli sonda vetirana müəllifi olduğu  kitablarını hədiyyə edib, maddi yardım göstərib və xatirə şəkilləri çəkdirib.







Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə