Modern.az

Almaniyadan Türkiyəyə ZƏRBƏ

Almaniyadan Türkiyəyə ZƏRBƏ

24 Aprel 2015, 10:28


Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə ermənilərin ölümü ilə nəticələnən hadisələrin “soyqırımı” olduğunu deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yoahim Qauk Berlində qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı “soyqırımı” ifadəsini işlədib:  

“Ermənilərin taleyi kütləvi qırğınlara misal göstərilə biləcək tarixi bir hadisə, etnik təmizləmə, sürgün və “soyqırımı”dır. Bu 20-ci əsrin dəhşətli hadisələrindən biridir. Bu hadisəyə görə, kədərlənmək, planlaşdırılmış şəkildə öldürülən bu insanların yasını tutmaq olar”.  

Almaniya hökuməti indiyə kimi “soyqırımı” sözünü işlətməyib.  

Sevinc Yasinqızı  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə