Modern.az

XİN-dən ABŞ Dövlət Departamentinə ETİRAZ

XİN-dən ABŞ Dövlət Departamentinə ETİRAZ

24 Aprel 2015, 11:14


Azərbaycan Xarici İşlər Nazirliyi  (XİN) ABŞ Dövlət Departamentinin həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı verdiyi açıqlamaya etiraz edib.

Modern.az-ın məıumatına görə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, İntiqam Əliyev vergidən yayınma və digər qanunazidd əməllərinə görə ittiham olunub.

“Qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur". XİN rəsmisi qeyd edib ki,  peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur:

"Görünür ki, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarı böyük diqqətlə izlənilir. Bu minvalla davam etdiyi təqdirdə, ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar".

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə