Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

24 Aprel 2015, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a  verilən məlumata görə, sabah - aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 25-də Azərbaycanın bölgələrində arabir yağış yağacaq. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə