Modern.az

TQDK-dan abituriyenlərə XƏBƏRDARLIQ: “3 gün qaldı!”

TQDK-dan abituriyenlərə XƏBƏRDARLIQ: “3 gün qaldı!”

27 Aprel 2015, 12:46


Bu il ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir.

Modern.az saytı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, 27 aprel saat 11:40 - a olan məlumata görə, 71550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 6457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

“Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarlnda iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar”-deyə, TQDK bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə