Aprelin 18-də Şəmkir rayonunun Sarıtəpə kəndində yaşayan Bahar İbrahimlini evinin həyətində ilan sancıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən Bahar İbrahimli aprelin 25-də orada dünyasını dəyişib.
Aprelin 21-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Anar Cavadov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 25-də orada ölüb. Digər məlumata görə, aprelin 24-də Yasamal rayonu ərazisində yaşayan Nilufər Salmanova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Modern.az