Modern.az

Abdullah Gül yeni partiya yaratmasından DANIŞDI

Abdullah Gül yeni partiya yaratmasından DANIŞDI

27 Aprel 2015, 15:55


Türkiyənin 11-ci prezidenti olan Abdullah Gül Qətər mətbuatına müsahibə verib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, keçmiş dövlət başçısı “Yeni partiya quracaqsınızmı” sualına cavabında deyib:  

“Ədalət və İnkişaf Partiyasının (AKP-red) əsas qurucusu mənəm. AKP-nin qurucusu kimi həm ilk baş nazir, həm də ilk respublika başçısı da mənəm. Prezidentliyimdən sonra da başqa bir mövqeyim yox, nə edək ki.

Yoldaşlarımız da indi vəzifədədirlər. Onların müvəffəqiyyətli olmasını istəməkdən başqa bir arzum yoxdur. Enerji yalnız siyasətdə xərclənmir. Enerji başqa cür də, xidmətlərlə qiymətləndirilə bilir. Hələlik belə düşünürük”.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə