İngiltərənin Bristol şəhərində insan nəcisi ilə işləyən ilk avtobus davamlı səfərlərə başlayıb. Modern.az bildirir ki, “Guardian” qəzetinin verdiyi xəbərə görə, Avropanın 2015-ci ildə Yaşıl Paytaxtı olan Bristolda xidmətə başlayan “Bio-Bus” adlı 41 sərnişin yerləşən avtobus İngiltərədə ilk nümunədir, üstəlik iy vermir.
Avtobus yalnız qəşəng dizaynı və zarafatlı xarici görünüşü ilə deyil, insan nəcisi ilə işlədiyi üçün də görənləri heyrətə salır.
Qəzet yazır ki, avtobus əslində kanalizasiyadan alınan qazla işləyir. Bu qaz saflaşdırılıb zənginləşdirilərək super təmiz bir yanacağa çevrilir.
Qaynağı fərqli olsa da, avtobusda istifadə edilən biometan qazını qoxu olaraq təbii qazdan ayırmaq mümkün deyil. Oksigensiz mühitdə mikro-orqanizmlər insan nəcisini və yemək artıqlarını parçalayaraq əmtəə baxımından zəngin bioqazı meydana gətirir. Sonra bu qaz karbon 4 oksid və digər maddələrdən təmizlənilir.
Bu texnologiya yeni deyil. Norveçin paytaxtı Osloda insan nəcisi ilə işləyən 100 avtobus var. Ancaq istehsalçı firma “GENeco” bu avtobusların parlaq bir gələcəyi olduğunu söyləyir.