Modern.az

İlham Əliyevdən Nazarbayevə TƏBRİK

İlham Əliyevdən Nazarbayevə TƏBRİK

27 Aprel 2015, 16:13


Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib. 

Modern.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentin mətbuat xidməti yayıb.   Dövlət başçısı Nursultan Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbriklərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə