“Bu gün bəzi saytlarda şirkətimiz haqqında, guya şirkət əməkdaşlarının həbsi barədə yayılan cəfəngiyyat xarakterli məlumatlar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır”. Bu haqda Modern.az-a “Nurgün Motors” şirkətindən məlumat verilib.
Məlumatda bildirlir ki, 1996-cı ildən fəaliyyət göstərən və bu illər ərzində hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərərək böyük uğurlara imza atmış “Nurgün Motors” şirkəti bu gün də öz dəyərlərinə sadiqdir və yorulmadan müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək yolunda çalışır.
“Dəyərli oxucularımıza bildiririk ki, həqiqətə uyğun olmayan, şayə və böhtan dolu məlumatları oxumaqdansa satış salonlarımızı ziyarət edib xidmətimizin yüksək səviyyəsi və avtomobillərimizin keyfiyyətinin real şahidi ola bilərsiniz.
Əlavə olaraq bildirmək istərdik ki, şirkətimiz haqqında yalan və qərəzli məlumat yayan KİV haqqında qanunvericiliyə uyğun ölçü götürülməsi üçün müvafiq strukturlara müraciət olunacaq”.
Modern.az