Modern.az

ABŞ səfirliyindən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ səfirliyindən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Təhsil

28 Aprel 2015, 00:33


ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan işə düzəltmək barədəki fırıldaqçıların təkliflərinə inanmağı xahiş edib.

Modern.az saytının məlumatına görə bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb.  

“ABŞ səfirliyi işə düzəltmək üçün heç kimdən pul tələb etmir. Səfirlik həmçinin kənar agentliklər vasitəsilə personal toplamır” - deyə səfirliyin bəyanatında bildirilib.

O da qeyd olunub ki,  işə qəbul zamanı namizədlərdən müsahibəni istisnasız olaraq yalnız səfirliyin işçiləri götürür və bu proses səfirliyin binasında həyata keçirilir.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə