Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə III Qlobal Açıq Cəmiyyətlər Forumu öz işinə başlayıb.
Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, foruma qatılmaq məqsədilə Azərbaycana bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri gəlib. Beynəlxalq forumda, həmçinin bır sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər - ümumilikdə 72 ölkədən 300-dən çox nümayəndə iştirak edir.
Onların arasında iki ölkənin prezidenti, 4 ölkənin baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti var.
Forumun açılışına Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.
Beynəlxalq tədbir 2 gün davam edəcək
Modern.az