Modern.az

““Qarabağ” TV-nin yaradılması təklifini mən də dəstəkləyirəm” - Bayram Səfərov

““Qarabağ” TV-nin yaradılması təklifini mən də dəstəkləyirəm” - Bayram Səfərov

Təhsil

28 Aprel 2015, 11:53

“Mən Qarabağla bağlı nə varsa hamısına müsbət yanaşıram”. Bunu Modern.az saytına “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

O, deputat Flora Qasımovanın “Qarabağ” TV yaradılması təklifinə münasibət bildirərkən deyib ki, belə bir televiziya kanalının yaradaılması əla olar:

“Bizim hər yerdə nümayəndəmiz var. İstənilən tədbirə dəvət zamanı mütləq iştirak edirlər. Amma ayrıca televiziya kanalının yaradılması yaxşı olardı. Deputatın təklifini mən də dəstək verirəm. Təki belə bir kanalın ərsəyə gəlməsi mümkün olsun. Amma bu təkcə bizim təkliflərimizlə başa gəlmir, müvafiq dövlət qurumları bu işlə məşğul olmalıdırlar”.

Deputat Flora Qasımova Qarabağ həqiqətlərinin dünya ictimiayyətinə çatdırılması üçün “Qarabağ” TV yaradılması təklifilə çıxış edib. O qeyd edib ki, TV-nin yaradılması həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından zəruridir və bir neçə dildə yayımlanması həyata keçirilməlidir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə