Modern.az

“Lavrov mənşəcə erməni olsa da, soyuqqanlıdır” - Zahid Oruc

“Lavrov mənşəcə erməni olsa da, soyuqqanlıdır” - Zahid Oruc

Təhsil

28 Aprel 2015, 12:12

“Əlbəttə, biz həmişə Rusiya məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlatlarının güclənməsini istəmişik. “Milyarderlər İttifaqı” dağılandan sonra isə azərbaycanlıların mədəni muxtariyyətləri arasında parçalanma gücləndi”.  

Modern.az saytı
nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.  

O bildirib ki, Rusiya mediasında, maliyyə sektorunda mənşəcə erməni olan insanlar çoxdurlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da mənşəcə erməni olduğunu xatırladan deputatın sözlərinə görə, o, soyuqqanlılığı ilə seçilir. Zahid Oruc qeyd edib ki, Rusiyadakı Azərbaycan təşkilatları güclənməlidir.  

Aqşin Kərimov
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə