Modern.az

“AŞPA-da “erməni soyqırımı”na dəstək verənlərin Azərbaycana gəlib-getməsi məhdudlaşdırılmalıdır”

“AŞPA-da “erməni soyqırımı”na dəstək verənlərin Azərbaycana gəlib-getməsi məhdudlaşdırılmalıdır”

Təhsil

28 Aprel 2015, 12:23

“Bu gün ilk müstəqil Azərbaycan dövlətinin süqutu günüdür”.

Modern.az saytının verdiyi xəbərə görə, bunu Milli Məclisin iclasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

O, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun yasına buraxılmasına da münasibət bildirib. Qeyd edib ki, Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması ölkə rəhbərliyinin iradəsinin göstəricisidir. Fazil Mustafa prezident İlham Əliyevə Tofiq Yaqublunun azadlığa buraxılması üçün müraciət edib:

“Cənab prezidentdən xahiş edirik ki, Tofiq Yaqublu azadlığa buraxılsın. Bununla bağlı əfv sərəncamı verilsin. Bu, cəmiyyətdə də müsbət qarşılanar. Həmin ailədə böyük bir faciə yaşanır. Ona görə də cəzasının bir qisimini çəkən Tofiq Yaqublu əfv olunsa, daha yaxşı olar”.

Deputat Avropa Şurası Parlament Assambleyasında ermənilərin “soyqırımı” ilə bağlı 171 imza toplamasına da diqqət çəkib: “Məlumdur ki, onlara dəstək verən qüvvələr var. Təklif edirəm ki, Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılsın. Qondarma soyqırımına dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun”.

Spiker Oqtay Əsədov isə deyib ki, AŞPA da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə