Modern.az

Deputatlar Ələkrəm Hümmətovun cəzalandırılmasını tələb etdilər

Deputatlar Ələkrəm Hümmətovun cəzalandırılmasını tələb etdilər

Təhsil

28 Aprel 2015, 12:38


Milli Məclisin iclasında 1993-cü ildə özünü “Talış-Muğan Respublikası”nın lideri elan edən Ələkrəm Hümmətovun qondarma erməni soyqırımı ilə bağlı bəyanatı müzakirəyə çıxarılıb.

Modern.az saytının verdiyi xəbərə görə, deputat İqbal Məmmədov onu xəyanətkar adlandırıb. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirib ki, Ələkrəm Hümmətov Azərbaycana qarşı xəyanət edib və o xaricdə ölkəmiz əleyhinə kampaniya aparır.

Deputat qeyd edib ki, Xarici İşlər Nazirliyi və Azərbaycan diasporu məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. “O, Avropanın verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Hökmən o bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır”.

Onun sözlərinə görə, xəyanətkar Ələkrəm Hümmətov xarici təşkilatların əlində oyuncağa çevrilib.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Ələkrəm Hümmətov kimi separatçı, xəyanətkar birini fetişləşdirməyə ehtiyac yoxdur. “Ümumiyyətlə, onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə