Modern.az

“Ermənilər AŞPA-da qondarma soyqırımla bağlı heç bir tədbir keçirə bilmədilər”

“Ermənilər AŞPA-da qondarma soyqırımla bağlı heç bir tədbir keçirə bilmədilər”

Təhsil

28 Aprel 2015, 13:11

“Bu sessiyada ermənilər bir neçə cəhd göstərdilər. Ancaq onların istəkləri alınmadı. Avropa Şurasının nümayəndələrinin imzasını toplamaqla dünyaya beynəlxalq sənəd təqdim etmək istəyirdilər. Əslində bu ermənilərin yeni təbliğat cəhdi idi”.

Modern.az saytının məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, AŞPA-da sənəd qəbul olunması çox mürəkkəb prosesdir.

Səməd Seyidov qeyd edib ki, sadəcə, imza toplamaqla bunu reallaşdırmaq mümkün deyil. “Sözügedən sənədin heç bir gələcəyi yoxdur. Azərbaycan və Türkiyə nümayəndə heyəti bunun qarşısını aldı. Onlar qondarma soyqırımla bağlı AŞPA-da heç bir tədbir keçirə bilmədilər. Bu, ermənilərin sessiyadakı uğurunu yox, məğlubiyyətini göstərdi. Ermənilər ölkələrin içərisinə girərək onları parçalamaq niyyətini güdüblər. Azərbaycan nümayəndə heyətinin iki üzvü - Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəldilər. Sahibə xanım qadınlara zorakılıq kampaniyasına qarşı, Sevinc xanım isə uşaqlara zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyanı aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz gətirilib.

Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməsin. Mins qrupu Qarabağ münaqişəsini Azərbaycan torpaqlarının işğal olunmuş ərazilər kimi qəbul etməlidir. Artıq bu istəyimizə nail olmuşuq. Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə “Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi” ifadəsi “Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə