Modern.az

Eşşək südünə tələbata görə ferma yaradıb

Eşşək südünə tələbata görə ferma yaradıb

28 Aprel 2015, 14:15


Dənizlinin Pamukkale mahalında yaşayan Özer Öğrenci astma və bronxit xəstəsi olan anasını yaxşılaşdırmaq məqsədi ilə satın aldığı eşşəyin südünə göstərilən maraqdan sonra eşşək ferması qurub. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Özer jurnalistlərə açıqlamasında deyib ki, 66 yaşlı anası Teslime Öğrenci astma və bronxit xəstəsi olub, nəfəs almaqda çətinlik çəkib, illərdir bu xəstəliyin müalicəsi ilə məşğul olublar.

Eşşək südünün xəstəliyin müalicəsində faydalı olduğunu öyrəndiklərini, bu məqsədlə bir eşşək alıb südünü sağmağa başladığını söyləyən Öğrenci, süd sayəsində xəstəliyin böyük nisbətdə yaxşılaşdığını və anasının daha yaxşı vəziyyətə gəldiyini bildirib. Belə xəstəliyi olanlardan eşşək südü tələbatının gəlməsindən sonra heyvan sayını artırdıqlarını qeyd edən Teslime Öğrenci hazırda 10 eşşəklə süd istehsalına davam etdiklərini dilə gətirib.

Öğrenci eşşək südünün müxtəlif xəstəliklərə qarşı yaxşı təsir etdiyindən danışıb:

“Bir eşşəkdən gündə yarım litr ilə 1 litr arasında süd alına bilir. İlin 8 aylıq dövründə süd sağa bilirik. İstehsalın məhdud olması səbəbi ilə südün litri 80, yaxud 100 lirə arasında satılır. Eşşək südünə çox yüksək tələbat var, heyvanların sayını artırmağı düşünürük”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə