Modern.az

“Kişinin arvadını qətlə yetirməsinə geni dəyişdirilən məhsulların təsiri ola bilər”

“Kişinin arvadını qətlə yetirməsinə geni dəyişdirilən məhsulların təsiri ola bilər”

28 Aprel 2015, 14:20


“Məhsulların geninin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də uzun müddət qalır. Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür və GMO məhsullar onlara lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. O, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən qeyd edib ki, GMO məhsullar Azərbaycana lazım deyil:

“İndi bu məhsulları gətirənlər 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya, həm də müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik. Soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar? Bizdə də görürsünüz ki, insan insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilməz. Heç insanların da boyu eyni deyil, biri uzun, biri qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaçmaz pomidoru və başqa təbii məhsullar yeyib özümüzü öldürməyək”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə