Fuad Muradov sözügedən qanun layihəsinin 41.4 maddəsində nəzərdə tutulan kütləvi yerlərdə keçirilən idman tədbirlərinə qadağalar qoyulması məsələsinə də münasibət bildirib.
Deputat qeyd edib ki, maddədə siqaret çəkmək, alkoqollu içkilərə qadağa qoyulması məsələsi öz əksini tapıb: “Mən bilirəm ki, bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər var. Çox yaxşı olardı ki, biz bunları bir araya yığıb siqaretin qadağası ilə bağlı qanun qəbul edək. Bu gün gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var. Biz öz məsuliyyətimizi dərk edərək gələn həftədən gənclər təşkilatları ilə birlikdə siqaret əleyhinə böyük bir kampaniyaya başlayacağıq. Düşünürəm ki, Milli Məclis də bundan kənarda qalmamalıdır”.
Dəyişikliklər qəbul edilib.
Aqşin Kərimov