Modern.az

Millli Məclisdə Qarabağ veteranlarının müavinət məsələsi qaldırıldı

Millli Məclisdə Qarabağ veteranlarının müavinət məsələsi qaldırıldı

28 Aprel 2015, 14:36

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə çıxışı zamanı Qarabağ müharibəsi veteranlarının narahat edən bir məsələni diqqətə çatdırıb və bildirib ki, onlar bu məsələnin həllində parlamentdən və hökumətdən dəstək gözləyirlər.

Bir qrup Qarabağ müharibəsi veteranının ona müraciət etdiyini deyən Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları hər ay aldıqları 45 manat müavinətin pensiyaya çıxdıqları zaman azalaraq 10 manata düşdüyünü bildiriblər.

“Onlar bildiriblər ki, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə görə, 10% məbləğində imtiyaz nəzərdə tutulur ki, bu da 10 manat edir. Onlar da bu məsələdən çıxış yolunu “Əmək pensiyası haqqında” qanunda verilən imtiyazı artırmaqda, yəni 45 manatı ala bilmək üçün 45% artım göstərilməsində görürlər”.

Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları pensiya yaşına çıxdıqları zaman sağlamlıqlarında, səhhətlərində problemlərin artdığını və daha çox vəsaitə ehtiyacları olduqlarını bildirərək parlamenti və hökuməti bu məsələni həll etməyə çağırırlar.

Ölkə prezidenti İlham Əliyevin hər zaman Qarabağ müharibəsi veteranlarına böyük diqqət göstərdiyini deyən millət vəkili bildirib ki, onlar bu məsələnin həll olunacağına inanır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə