Modern.az

ABŞ-ın Bakıdakı səfirliyindən Putinə CAVAB: “Biz bunu görmüşük”

ABŞ-ın Bakıdakı səfirliyindən Putinə CAVAB: “Biz bunu görmüşük”

28 Aprel 2015, 16:50

 

"Biz deyilənləri təkzib edirik. Cənab Putinin söylədikləri bizim və bizim tərəfdaflarımızın rəyindən tamamilə fərqlənir".

Bunu Modern.az saytının sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən Rusiya prezidenti Vladimir Putinin açıqlamasına münasibət bildirərkən qeyd ediblər.

Səfirlikdən bildirilib:

" Biz bunu həmçinin raket əleyhinə müdafiə sistemləri, Krımın anneksiyası, Rus qoşunlarının şərqi Ukraynada mövcudluğu da daxil olmaqla çoxsaylı digər məsələlərdə də görmüşük".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ kəşfiyyatının Azərbaycandakı əməkdaşlarının 2000-ci illərin əvvəllərində Şimali Qafqazdakı terrorçularla təmasda olduğunu bəyan edib.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə