Qazaxıstan sakini aprelin 26-da prezident seçkiləri günü doğulan körpəsinə prezident Nursultan Nazarbayevin adını verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Qazaxıstan vilayətinin sakini olan Elmira Serjanova övlad dünyaya gətirməklə yanaşı, onun çarpayısına gətirilən seçki qutusuna seçki bülletenini də atıb.
Elmir Serjanova prezident Nursultan Nazarbayevi çox sevdiyi üçün oğluna Nursultan adını qoyduğunu deyib.
Modern.az