Modern.az

Sabahın hava PROQNOZU - 28 dərəcə İSTİ

Sabahın hava PROQNOZU - 28 dərəcə İSTİ

29 Aprel 2015, 14:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Aprelin 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.  

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə