Modern.az

Rauf Əliyev: “Avropa Oyunları yaxınlaşdıqca bu təzyiqlər daha da güclənir”

Rauf Əliyev: “Avropa Oyunları yaxınlaşdıqca bu təzyiqlər daha da güclənir”

29 Aprel 2015, 14:35


“ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycana qarşı müxtəlif istiqamətlərdə məkirli kampaniyalar aparmağa başlayıblar”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda sürətli inkişaf davam etdikcə, onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkirli kampaniyalar aparmağa başlayıblar.

“I Avropa Oyunlarının başlanmasına az bir vaxt qaldıqca bu təzyiqlər və iftiralar daha da güclənir. ABŞ-ın Dövlət Katibi Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir. ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş məşhur 907 saylı qətnamənin müəllifi kimi o həmşə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb”.

Deputat onu da bildirib ki, daima insan hüquq və azadlıqlarının mudafiəsindən danışan Con Kerrinin öz ölkəsində amerikalı qaradərəli vətəndaşlarının hüquqları elə dövlətin əsayiş keşişçiləri-polisləri tərəfindən mütəmadi olaraq kobud sürətdə pozulur. “Boltimorda baş verən son ölüm hadisəsindən sonra bas vermiş kütləvi ixtişaşlar səngimək bilmir. Artıq  şəhərdə komendant saatı təyin edilib. Bütün bunları görməzdən gələrək digər ölkələrə demokratiya dərsi verən Amerikanın üzdəniraq idioloqlarının siyasəti iflasa uğrayır”.

“Azərbaycana qarşı yönəlmiş bu riyakar, çirkin kampaniyalara baxmayaraq Azərbaycan öz seçdiyi müstəqillik yolundan dönməyəcək, ölkəmiz daha da güclənəcək, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulan bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək”- deyə deputat vurğulayıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə