Bu barədə fins.az-a bankdan bildirilib.
Bu il, fevralın 21-də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi kəskin devalvasiyadan sonra “AGBank” kreditləşməni manatla həyata keçirən azsaylı banklardan biri idi.
Lakin, göründüyü kimi, bu bank da dollarlaşma prosesindən kənarda qala bilməyib və risklərini azaltmaq üçün kredit şərtlərinə yenidən baxmalı olub.
Hazırda bank yalnız ABŞ dolları ilə, illik 28%-dən başlayaraq və 3 il müddətinə müştərilərə kredit ayırır. Kreditin maksimal məbləği 10 min dollardır.
Modern.az