Modern.az

Elmlər Akademiyasının akademik-katibləri seçildi - SİYAHI

Elmlər Akademiyasının akademik-katibləri seçildi - SİYAHI

29 Aprel 2015, 18:18


Azərbaycan Milli Elmlər Akademiyasının ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan  Ümumi yığıncaqda AMEA-nın akademik-katibi və elmi bölmələr üzrə akademik-katib vəzifələrinə seçkilər keçirilib.

Modern.az saytı xəbər verir, səsvermənin nəticələrinə əsasən, akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi, akademik Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin və akademik Fuad Əliyev Gəncə Bölməsinin akademik-katibi vəzifələrinə təsdiqləniblər.

Bununla yanaşı, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunublar.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə