ATƏT-in Mİnsk qrupunun həmsədrləri Parisdə Azərbaycan və Ermənistan xarici işlər naziri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşünü təşkil edəcək. Modern.az xəbər verir ki, bu haqda ABŞ-dan olan həmsədr Ceyms Uorlik özünün mikrobloqunda yazıb: “Parisdə bu gün və sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müzakirələr aparacağam”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşmək üçün Parisə yollanıb.
Modern.az