Çinin Tzyancu əyalətinin Nankin şəhərində qadının ona xəyanət edən ərindən qisas alması ilə bağlı çox xoşagəlməz insident yaşanıb. Modern.az xəbər verir ki, sosial şəbəkələrdəki videodan görünür ki, qadın əlindəki kərpiclə ərinin avtomobilinin ön şüşəsinə vurur. Hansısa məqamda qadın barmaqlarını açır və qanlı yumruqları ilə maşının pəncərələrini döyəcləməyə başlayır. Bu zaman avtomobildə oturan kişi bayıra çıxmağa tələsmir.
Bir müddət sonra qapını açıb kişini maşından düşürən qadın onun sifətinə yumruqla zərbələr endirir. Bu zərbələr nəticəsində qadına xəyanət edən kişinin dodaqlarının partladığı da məlum olur.
Modern.az