Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqə icazə verməyib.
Modern.az saytının məlumatına görə, bu barədə Milli Şuranın Mitinq Komitəsindən bildirlib.
Bakı meriyasıdan Milli Şuraya verilən cavabda bildirilib ki, mayın 3-də başqa kütləvi tədbir nəzərdə tutulur. Bu səbəbdən Milli Şuraya mitinqini mayın 2-də keçirmək təklif olunur.
Milli Şuranın müzakirələrdən sonra müvafiq qərar verəcəyi gözlənilir.