Modern.az

Prezident Zakir Qaralovla bağlı sərəncam verdi

Prezident Zakir Qaralovla bağlı sərəncam verdi

Təhsil

30 Aprel 2015, 17:26


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Zakir Qaralov yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Modern.az-ın məlumatına görə, Zakir Qaralov 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

O, 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləyir. Beləliklə Z.Qaralov 2000, 2005, 2010-cu illərdən sonra daha beş illiyə Baş prokuror təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat