Modern.az

Nepalda baş verən zəlzələyə görə 13 azərbaycanlı oradan təxliyə edildi

Nepalda baş verən zəlzələyə görə 13 azərbaycanlı oradan təxliyə edildi

30 Aprel 2015, 17:53


Azərbaycan Prezidentinin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən Nepaldan Azərbaycan və digər ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilir. Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım uğurla ünvana çatdırılıb. Ölkə Prezidentinin göstərişinin icrasının davamı olaraq, həmin təyyarə Nepalda təbii fəlakət zonasından təxliyə edilmiş Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya çatdırılması üçün havaya qalxıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir