Modern.az

Fransalı deputatlar Qarabağda “qondarma seçki”ni müşahidə edəcəklər

Fransalı deputatlar Qarabağda “qondarma seçki”ni  müşahidə edəcəklər

30 Aprel 2015, 22:55
 

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan aprelin 30-da Fransa Milli Məclisinin deputatı, Fransa-Qarabağ dostluq qrupunun sədri Fransua Roşbluanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onların məqsədi mayın 3-də qondarma rejimin Qarabağda keçirəcəyi “parlament seçkiləri”ni müşahidə etməkdir.

Məlumatda qeyd edilir ki, görüşdə Fransa ilə qondarma rejim arasındakı əməkdaşlıq məsələsi də müzakirə olunub.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir