Litvanın xarici işlər nazirinin müavini Andrüs Krivas Rusiyanın bu ölkədəki səfiri Aleksandr Udaltsovu xəbərdarlıq edib.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə nazir müavini səfirə Litvanın xüsusi iqtisadi zonasında Rusiyanın hərəkətləri barədə etirazını bildirib.
Litva diplomatları hesab edirlər ki, Baltik dənizində bu dövlətin ərazisi olan xüsusi iqtisadi zonasında Rusiya hərbi gəmilərinin hərəkətləri sülh və iqtisadi fəaliyyətə mane olur.Aqşin Kərimov