Modern.az

Gürcüstanda müdafiə naziri ilk dəfə qadın ola bilər

Gürcüstanda müdafiə naziri ilk dəfə qadın ola bilər

1 May 2015, 00:05


Gürcüstanın müdafiə ilk dəfə parlamentin deputatı, qadın Tina Xidaşeli ola bilər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Xidaşeli bunu təsdiqləməyib və bununla bağlı yayılan məlumatları təkzib edib.

“Sabah səhər baş nazir hər şey barədə danışacaq”, - o, jurnalistlərə belə deyib.

Gürcüstanın silahlı qüvvələrinin birləşmiş qərargahının rəisi Vaxtanq Kapanadze “hazırlı müdafiə naziri Mindiya Djanelidzenin istefa gedirmi” sualına cavabında deyib:

“Mən istənilən müdafiə naziri ilə əməkdaşlıq etməyə hazıram. Onun hansı cinsə, hansı millətə, hansı dinə mənsub olmasının heç  bir əhəmiyyəti yoxdur. Başlıcası odur ki, nazir silahlı qüvvələrin inkişafına xidmət etsin”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat