Modern.az

Azerfonda baş vermiş yanğınla bağlı məlumat-RƏSMİ

Azerfonda baş vermiş yanğınla bağlı məlumat-RƏSMİ

1 May 2015, 09:44


Dünən Azerfonun baş ofisində yanğın baş verib. Hadisə yerinə yangınsöndürənlər cəlb olunub.

Baş vermiş hadisə ilə bağlı şirkət məlumat yayıb.

Modern.az-a daxil olan məlumatda deyilir ki, 30 Aprel tarixində saat 17:30 radələrində Azerfon şirkətinin Baş ofisinin yeməkxanasında yungul konstruksiyalı asma tavanın bir hissəninin uçması ilə müşaiyyət olunan  texniki qəza baş verib. Xoşbəxtlikdən qəza nəticəsində heç bir ciddi xəsarət alan olmayıb.

Azerfona keytrinq xidməti göstərən şirkətin əməkdaşı yüngül xəsarət alıb. və ona dərhal lazımi tibbi yardım göstərilib. Nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən olunması üçün hadisə yerinə dərhal aiddiyyatı qurumlar cəlb olunub. Hazırda vəziyyət nəzarət altındadır.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat