Modern.az

6 rayonda əlillərə protez paylanacaq

6 rayonda əlillərə protez paylanacaq

1 May 2015, 10:13

 

 

 

 

 

 

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini gələn həftə 6 rayonda davam etdirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9.00-dan 13.00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14.00-dan 18.00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mərkəz tərəfindən səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları  protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.

Məlumat üçün bildirək ki, qeyd olunan səyyar tibbi-texniki briqada  2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və ötən dövrdə 2 min nəfərdən çox şəxsi səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

 

Moden.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat