Modern.az

İqtidar-müxalifət görüşü gözlənilir

İqtidar-müxalifət görüşü gözlənilir

1 May 2015, 13:04


Bu gün Prezident Administrasiyasından “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalardan birinin rəhbərinə siyasi partiyalarla növbəti görüşün keçirilməsi ilə bağlı təklif gəlib.

Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, növbəti görüşdə müzakirəyə çıxarmaq üçün bir neçə mövzu da təklif edilib.   

Xəbərdə həmçinin deyilir ki, “Azadlıq-2015” blokundakı 8 partiyanın rəhbərliyi təkliflə bağlı bu gün saat 16-da növbədənkənar toplantı keçirəcək.   

Mənbənin sözlərinə görə, razılıq əldə olunacağı halda PA ilə siyasi partiyalar arasında növbəti görüş mayın ortalarına qədər keçiriləcək.

“Azadlıq-2015”-ə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az saytına danışıb. O bildirib ki, mayın ortalarında keçiriləcək görüşün detalları hələlik bəlli deyil.  

Sevinc Yasinqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat