Modern.az

Nazir mədəniyyət xadimlərinə fəxri ad mükafatları verdi - FOTOLAR

Nazir mədəniyyət xadimlərinə fəxri ad mükafatları verdi - FOTOLAR

1 May 2015, 16:17

Mayın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib.
Sonra ölkə Prezidentinin 18 dekabr 2014-cü il sərəncamı ilə “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət xadimi”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim edilib. Həmçinin Prezidentin 25 iyun 2014-cü il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rəfiqə Cəfərovaya, ölkə başçısının 29 mart 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na layiq görülmüş Şəfiqə Məmmədovaya mükafatlar təqdim edilib.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin 26 dekabr 2014-cü il tarixli əmrinə əsasən “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuş şəxslər də mükafatlandırılıblar. 

Təltif olunanlardan Xalq artisti Şəfiqə Məmmədova, Rəfiqə Cəfərova, xalq artistləri Könül Xasıyeva,  Ənvər Sadıqov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.












Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir